Azərbaycan Almaniyaya qarşı - Millimizin son oyunu

Azərbaycan Almaniyaya qarşı - Millimizin son oyunu
  08 Oktyabr 2017    Oxunub:7226
Bu gün futbol üzrə Azərbaycan millisi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində son oyununa çıxacaq.
AzVision.az xəbər verir ki, Robert Prosineçkinin komandası səfərdə Almaniya millisinin qonağı olacaq.

Baş hakim Andris Treymanisin idarə edəcəyi oyun saat 22:45-a başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması 9 tur ərzində 10 xal yığıb və Çexiyaya son məğlubiyyətdən sonra qrupda beşinci pilləyə enib.

Martın 26-da Bakıda keçirilmiş görüşdə Almaniya millisi 3:1 hesablı qələbə qazanıb.

AzVision.az


Teqlər: DÇ-2018   Azərbaycan   Almaniya  





Xəbər lenti