Emin Ağalarov Bakıda konsert verəcək

Emin Ağalarov Bakıda konsert verəcək
  08 Oktyabr 2017    Oxunub:9483
Azərbaycanlı müğənni və bəstəkar Emin Ağalarov dekabrın 17-də Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edəcək.
Saat 20.00-da başlayacaq konsert proqramına onun hamı tərəfindən sevilən məşhur hitləri ilə yanaşı, tamamilə yeni kompozisiyaları daxildir. Konsertdə ifaçını öz orkestri müşayiət edəcək.

Qeyd edək ki, ifaçı konsertlərini ənənəvi olaraq ilin sonunda keçirir. Belə ki, Bakıdakı çıxışından əlavə, onun dekabrın 11-də Moskvada "Crocus City Hall"da, dekabrın 15-də isə Sankt-Peterburqda "Oktyabrskiy" böyük konsert zalında konsertləri planlaşdırılıb.

AzVision.az


Teqlər: Emin-Ağalarov  





Xəbər lenti