Millimiz böyük hesabla məğlub oldu - Yenilənib

  09 Oktyabr 2017    Oxunub : 1332
Millimiz böyük hesabla məğlub oldu - Yenilənib

Azərbaycan millisi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində son oyununu məğlub başa vurub.

Qarşılaşmanın ilk 45 dəqiqəsi 1:1 hesablı bərabərliklə yekunlaşsa da, ikinci hissədə Almaniya millisi Kamran Ağayevin qoruduğu qapıdan 4 qol keçirib. Bununla da matç millimizin böyük hesablı məğlubiyyəti ilə başa çatıb - 5:1

***

Azərbaycan-Almaniya qarşılaşmasının ilk hissəsi başa çatıb.

AzVision.az xəbər verir ki, hazırda hesab 1:1-dir. İlk qolu meydan sahibləri vurublar.

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev bərabərlik qolunu almanların qapısından keçirə bilib.

***
(22:45)

Bu gün futbol üzrə Azərbaycan millisi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində son oyununa çıxıb.

Robert Prosineçkinin komandası səfərdə Almaniya millisinin qonağıdır.

Millimizin heyəti:

1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Maqomed Mirzabekov, 6. Bədavi Hüseynov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 16. Cavid Hüseynov, 18. Təmkin Xəlilzadə, 19. Rahid Əmirquliyev (kap.), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov

Almaniya yığmasının heyəti:

12. Bernd Leno, 2. Şkodran Mustafi, 6. Niklas Süle, 9. Sandro Vaqner, 10. Lars Stindl, 13. Tomas Müller (kap.), 14. Emre Can, 18. Coşua Kimmix, 19. Leon Qoretska, 20. Yulian Brandt, 23. Leroy Sane

AzVision.az

Teqlər: Azərbaycan   Almaniya