Dünyanın ən yaxşı futbolçusu adına namizədlər - SİYAHI

  10 Oktyabr 2017    Oxunub : 1104
Dünyanın ən yaxşı futbolçusu adına namizədlər - SİYAHI

"France Football" nəşri dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatına son 10 namizədin də adını açıqlayıb.

Namizədlər arasında Kriştiano Ronaldo (Portuqaliya, "Real"), Leonardo Bonuççi (İtaliya, "Milan"), İsko (İspaniya, "Real"), Eden Azar (Belçika, "Çelsi"), Kilian Mbappe (Fransa, PSJ), Lionel Messi (Argentina, "Barselona"), Mats Hummels (Almaniya, "Bavariya"), Kərim Benzema (Fransa, "Real"), Pyer-Emerik Obameyanq ("Borussiya" Dortmund, Qabon), Edinson Kavaninin (Uruqvay, PSJ) adı qeyd olunub.

"Qızıl top"a digər namizədlər arasında Neymar (Braziliya, PSJ), Luka Modriç (Xorvatiya, "Real"), Paulo Dibala (Argentina, "Yuventus"), Marselo (Braziliya, "Real"), N'Qolo Kante (Fransa, "Çelsi"), Luis Suares (Uruqvay, "Barselona"), Serxio Ramos (İspaniya, "Real"), Yan Oblak (Sloveniya, "Atletiko"), Filipp Koutinyo (Braziliya, "Liverpul"), Dris Mertens (Belçika, "Napoli"), David de Xea (İspaniya, "Mançester Yunayted"), Kevin de Bruyne (Belçika, "Mançester Siti"), Harri Keyn (İngiltərə, "Tottenhem"), Edin Ceko (Bosniya və Herseqovina, "Roma"), Robert Levandovski (Polşa, "Bavariya"), Antuan Qrizmann (Fransa, "Atletiko"), Toni Kroos (Almaniya, "Real"), Canluici Buffon (İtaliya, "Yuventus"), Sadio Mane (Seneqal, "Liverpul"), Radamel Falkao (Kolumbiya, "Monako") yer alıb.

Xatırladaq ki, "Qızıl top" mükafatının sahibi təkcə jurnalistlərin səsverməsinə əsasən müəyyənləşəcək.

AzVision.az

Teqlər: Qızıl-Top