“Yuğ” Teatrının direktoru işdən çıxarıldı

  10 Oktyabr 2017    Oxunub : 1223
“Yuğ” Teatrının direktoru işdən çıxarıldı

“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq teatr sahəsində aparılan islahatlar davam edir.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən xəbərə görə, Mədəniyyət və Turizm Nazirinin müvafiq əmrlərinə uğun olaraq respublika teatrlarında kadr dəyişikliyi aparılıb. Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə “Yuğ” Dövlət Teatrının baş rejissoru təyin edilib.

Digər əmrlə Azərbaycan Dövlət Kukla Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadəyə “Yuğ” Dövlət Teatrının direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

AzVision.az

Teqlər: Yuğ   Teatr