İndoneziyanın "Persela Lamongan" klubunun qapıçısı oyun zamanı həyatını itirib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, qapıçı Choirul Huda "Semen Padang"la oyunda rəqibin hücumunu dəf edərkən başından zərbə alıb. Huşunu itirən futbolçuya təcili yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.