Millimiz 23 pillə gerilədi

  16 Oktyabr 2017    Oxunub : 459
Millimiz 23 pillə gerilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

AzVision.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası 23 pillə geriləyib. Millimiz 273 xalla 115-ci yerdə qərarlaşıb.

DÇ-2018-in seçmə mərhələsində son oyunlarda Çexiyaya 1:2, Almaniyaya 1:5 hesabı ilə uduzan Azərbaycan yığması böyük xal itkisi ilə üzləşib. Bu matçlardan sonra xalımız 388-dən 273-ə düşüb.

Qeyd edək ki, siyahıya Almaniya (1631 xal) başçılıq edir. Braziliya (1619) ikinci, Portuqaliya isə üçüncüdür (1446).

AzVision.az

Teqlər: FİFA