Çempionlar Liqasında qrup mərhələsi başlayır

Çempionlar Liqasında qrup mərhələsi başlayır
  17 Sentyabr 2013    Oxunub:1238
Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında yeni mövsümə start verilir. Başqa sözlə, təsnifat mərhələləri başa çatdıqdan sonra qitənin 32 ən güclü klubu yarışın əsas hissəsində mübarizəyə başlayır.

8 qrupda mübarizə aparan komandaların iştirakı ilə baş tutacaq I turun 16 oyunu 2 gün ərzində baş tutacaq. A, B, C və D qruplarında yer alan komandalar bu gün, digər qrupların təmsilçiləri isə ertəsi gün meydana çıxacaq. Bu gün baş tutacaq matçlar aşağıdakılardır:

A qrupu
"Mançester Yunayted" (İngiltərə) - "Bayer" (Almaniya)
"Real Sosyedad" (İspaniya) - "Şaxtyor" (Ukrayna)

B qrupu
“Kopenhagen” (Danimarka) – “Yuventus” (İtaliya)
“Qalatasaray” (Türkiyə) – “Real” (İspaniya)

C qrupu
“Olimpiakos” (Yunanıstan) – PSJ (Fransa)
“Benfika” (Portuqaliya) – “Anderlext” (Belçika)

D qrupu
"Bavariya" (Almaniya) – MOİK (Rusiya)
“Viktoriya” (Çexiya)– “Mançester Siti” (İngiltərə)

AzVision.az




Teqlər:





Xəbər lenti