Püşk atıldı: İsveç İtaliyaya qarşı

Püşk atıldı: İsveç İtaliyaya qarşı
  17 Oktyabr 2017    Oxunub:1965
Bu gün 2018-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.
AzVision.az-ın məlumatına görə, İsveçrədə keçirilən tədbirə seçmə mərhələdə qrup 2-cisi olan 8 komanda qatılıb. Püşkatmaya əsasən aşağıdakı yığmalar bir-birinə rəqib olub:

Şimali İrlandiya - İsveçrə
Xorvatiya - Yunanıstan
Danimarka - İrlandiya
İsveç - İtaliya

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 9 - 11 noyabrda, cavab görüşləri isə 12 - 14 noyabrda keçiriləcək.

Xatırladaq ki, dünya çempionatı gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyada təşkil olunacaq.

AzVision.az


Teqlər: Dünya-çempionatı   pley-off  





Xəbər lenti