“İstərdik ki, azarkeşlər tribunaları doldursunlar” - Qurban Qurbanov

“İstərdik ki, azarkeşlər tribunaları doldursunlar” - Qurban Qurbanov
  17 Oktyabr 2017    Oxunub:1497
"Rəqib barədə çox danışmağa ehtiyac yoxdu. “Atletiko”nu hamımız yaxşı tanıyırıq. Son 4 ildə 2 dəfə Çempionlar Liqasının finalına çıxıblar”.
AzVision.az klubun saytına istinadən xəbər verir ki, bunu “Qarabağın” baş məşqçisi Qurban Qurbanov deyib. Ağdam klubunun baş məşqçisi bildirib ki, “Atletiko” öz oyun dəst-xətti olan komandadır:

“İspaniya çempionluğunu qazanıblar. Rəqibin oyunlarına baxmışıq. Ən azı yaxşı mübarizə göstərməyə, meydanda öz oyunumuzu sərgiləməyə çalışacağıq. Çox istərdik ki, sabahkı matçda da azarkeşlər tribunaları doldursunlar".

AzVision.az


Teqlər: QarabağFK   Qurban-Qurbanov  





Xəbər lenti