“Qarabağ” Çempionlar Liqasında ilk xalını qazandı - (VİDEO)

“Qarabağ” Çempionlar Liqasında ilk xalını qazandı - (VİDEO)
  19 Oktyabr 2017    Oxunub:14153
“Qarabağ”-“Atletiko Madrid” oyununda hesab açılmayıb. Qarşılaşma qolsuz barəbərliklə başa çatıb.

“Qarabağ” klubu UEFA Çempionlar Liqasında ilk xalını qazanıb.

***

“Qarabağ”-“Atletiko Madrid” oyununun birinci hissəsi qolsuz heç-heçə ilə başa çatıb.

Hazırda oyunun ikinci hissəsi keçirilir.

***
(20:01)

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində oktyabrın 18-də saat 20:00-da “Qarabağ”-“Atletiko Madrid” oyunu başlayıb.

Bakı Olimpiya Stadionunda keçirilən oyunu fransalı baş hakim Ruddi Buquet idarə edir.

***

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Bakı Olimpiya Stadionunda qarşılaşacaq “Qarabağ” və “Atletiko Madrid” komandalarının start heyətləri açıqlanıb.

Ağdam təmsilçisinin start heyətində meydana İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Pedro Enrike, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli və Bədavi Hüseynov çıxacaqlar.

Madrid təmsilçisinin ilk on birliyində isə Yan Oblak, Dieqo Qodin, Filipe Luis, Antonio Qrizman, Saul Nigez, Yannik Karrasko, Qabi, Şime Vrsaliko, Kevin Qameyro, Nikolas Qaytan və Xose Mariya Ximenes yer alıblar.

Saat 20:00-da başlayacaq onu görüşü fransalı baş hakim Ruddi Buquet idarə edəcək.

AzVision.az


Teqlər: QarabağFK   Atletiko  





Xəbər lenti