“Qarabağ” bizi cəzalandırmaq istəyirdi - Dieqo Simeone

“Qarabağ” bizi cəzalandırmaq istəyirdi - Dieqo Simeone
  19 Oktyabr 2017    Oxunub:1712
UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçirilən “Qarabağ” - “Atletiko” (0:0) matçından sonra qonaqların baş məşqçisi Dieqo Simeonenin oyunsonrası mətbuat konfransı təşkil edilib.
Argentinalı mütəxəssis sualları cavablandırıb:

- Gözlənilməz nəticədir...

- Bəli, gözlənilməz nəticə oldu. İlk hissədə bir neçə qol fürsəti yaratsaq da, fərqlənə bilmədik. Bu epizodları boşa verməyimiz komandanın üzərində təzyiq yaratdı. Komandada xal itirmək qorxusu yarandı ki, sonda belə də oldu. Bu oyunu unudub, qarşıdakı matçlara köklənəcəyik. Bu yaxınlarda klubla yeni müqavilə imzaladım. Qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanmağa çalışacağıq.

- “Qarabağ”ın oyunu barədə nə deyə bilərsiz?

- Rəqibin heyətində əsasən, qapıçının (İbrahim Şehiç) oyununu fərqləndirərdim. İlk hissədə Qrizmann və Karraskonun zərbələrini zərərsizləşdirdi. Bundan əlavə, “Qarabağ” müdafiədən hücuma yaxşı çıxırdı.

- Komanda bu gün hərəkətsiz görünürdü. Bu gün “Atletiko”da nə çatışmırdı?

- Bu fikirlə razı deyiləm. Komandada fiziki çatışmazlıq yoxdu. Sadəcə, yaratdığımız qol fürsətlərindən istifadə edə bilmədik. Bu da, ikinci hissədə komandanın üzərində təzyiq yaratdı. Bu gün yaxşı oynadıq, sadəcə, qol vura bilmədik.

- Necə düşünürsüz, bu gün “Qarabağ” 1 xal qazandı, yoxsa “Atletiko” iki xal itirdi?

- Buna cavab verə bilmirəm. Tənqid edən jurnalistlər var, bu suala onlar cavab verə bilər. Bu oyunda 3 xala ehtiyacımız var idi. Rəqib də bundan istifadə edib, bizi əks-hücumda cəzalandırmaq istəyirdi ki, bu da, onlarda alınmadı.

- “Atletiko” 4 oyundu qələbə qazana bilmir. Bu oyunlarda gücünə görə yalnız “Barselona”nı xüsusi fərqləndirmək olar. Bu göstəricidən narahat deyilsiz ki?

- Xeyr, bu məni narahat etmir. Çünki pis oynamırıq. Futbolçular meydanda mübarizə aparırlar. (Qol.az)

AzVision.az


Teqlər: QarabağFK   Atletiko  





Xəbər lenti