"Qarabağ"ın reytinqi 4 pillə yüksəlib

  19 Oktyabr 2017    Oxunub : 703
"Qarabağ"ın reytinqi 4 pillə yüksəlib

Klubların UEFA reytinqi açıqlanıb.

AzVision.az-ın məlumatına görə, qrup mərhələsinin III turunda keçirilən 16 oyundan sonra siyahıda bəzi dəyişikliklər olub.

Belə ki, təmsilçimiz "Qarabağ" İspaniyanın “Atletiko” klubu ilə heç-heçə edəndən sonra aktivinə daha 1 xal yazdırıb. Ümumi xalı 19,500 olan Ağdam təmsilçisi 4 pillə irəliləyib.

Hazırda Avropada 66-cı olan "Qarabağ" “Feyenoord”la eyni yeri bölüşdürür. İtaliyanın "Milan" klubundan bir pillə geri qalan təmsilçimiz, “Betis” və “Real Sosyedad” kimi klubları qabaqlayır.

Siyahıya İspaniya “Real”ı başçılıq edir.

AzVision.az

Teqlər: QarabağFK   UEFA