Dənizçi xanım kikboksinq üzrə çempion oldu – VİDEO

  23 Oktyabr 2017    Oxunub : 721
Dənizçi xanım kikboksinq üzrə çempion oldu – VİDEO

21-22 oktyabrda Sərhədçi Olimpiya İdman Kompleksində Azərbaycan Kikboksinq Federasiyası və Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Kikboksinq üzrə Açıq Bakı Çempionatı keçirilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən AzVision.az-a verilən xəbərə görə, yarışın ikinci günündə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Dəniz Nəqliyyat Donanmasının əməkdaşı Fəridə Abdullayeva da öz gücünü sınayıb. Birinci yerə layiq görülən Fəridə böyük qətiyyət nümayiş etdirib. O, ilk dəqiqədən rəqibini nokauta salmağı bacarıb.

Qeyd edək ki, Fəridə Abdullayeva Azərbaycan Dövlət Dəniz Akademiyasının məzunudur. Hazırda Dəniz Nəqliyyat Donanmasının Donanmanın İstismar Xidmətində çalışır. Fəridə uzun müddət karate idman növü ilə məşğul olub. Kikboksinqə isə cəmi iki aydır başlayıb.



AzVision.az

Teqlər: dənizçi