Qış Olimpiya Oyunlarının məşəli yandırıldı

Qış Olimpiya Oyunlarının məşəli yandırıldı
  24 Oktyabr 2017    Oxunub:1855
2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının məşəli yandırılıb.
AzVision.az xəbər verir ki, məşəlin yandırılması mərasimi Yunanıstanda keçirilib. Məşəli daşıyan ilk idmançı yunanıstanlı Apostolos Angelis olub.

Yeddi gün Yunanıstanda səyahətdə olacaq məşəl oktyabrın 31-də Afinadakı “Olimpiakos” stadionunda Pxençxan Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsinin üzvlərinə təhvil veriləcək.

Qeyd edək ki, 2018-ci il Qış Olimpiya Oyunları 9-25 fevral tarixlərində keçiriləcək.

AzVision.az


Teqlər: Olimpiya-Oyunları  





Xəbər lenti