Nazir italiyalı səfirlə görüşüb

Nazir italiyalı səfirlə görüşüb
  24 Oktyabr 2017    Oxunub:2077
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari ilə görüşüb.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla İtaliya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Ə. Qarayev “Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyət, Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Roma şəhərinin meriyası arasında Saziş”in imzalanması ilə Azərbaycan və İtaliya arasında sözügedən sahələrdə əməkdaşlığa dair zəruri hüquqi bazanın formalaşdırıldığını qeyd edib. O, ölkəmizdə təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları barədə məlumat verib, hər iki ölkənin coğrafi yerləşməsini nəzərə alaraq, Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” çərçivəsində İtaliya ilə əməkdaşlığa xüsusi maraq göstərildiyini qeyd edib.

Nazir Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində göstərilən fəaliyyəti ölkə rəhbərliyinin İtaliya ilə əməkdaşlığa diqqətinin təzahürü kimi qiymətləndirib. Nazir xalqlararası məlumatlılıq və yaxınlaşmanın, qarşılıqlı bilik, təcrübə və turist mübadiləsinin artırılması məqsədilə mədəniyyət və turizm sahələri üzrə birgə layihələrin sayının artırılmasının əhəmiyyətini vurğulayıb.

AzVision.az


Teqlər: Əbülfəs-Qarayev  





Xəbər lenti