Patti Ostin Bakıda konsert verəcək

Patti Ostin Bakıda konsert verəcək
  25 Oktyabr 2017    Oxunub:2256
Tanınmış amerikalı caz ifaçısı, «Qremmi» mükafatı laureatı Patti Ostin noyabrın 15-də Heydər Əliyev Mərkəzində keçiriləcək konsertində tamaşaçılara maraqlı proqram təqdim edəcək.
AzVision.az xəbər verir ki, Patti Ostin «cazın birinci ledisi» Ella Fitzercaldın xatirəsinə ithaf etdiyi «For Ella» albomundan kompoziyaları ifa edəcək.

Caz həvəskarları konsertdə «Too Close For Comfort», «Honeysuckle Rose», «You’ll Have To Swing It», «Our Love Is Here To Stay», «A Tisket A Tasket», «Miss Otis Regrets», «The Man I Love», «Hearing Ella Sing» və digər hitləri dinləyə biləcəklər. Konsertdə P. Ostini caz triosu müşayiət edəcək.

Qeyd edək ki, 2017-ci il dünyada Ella Fitzceraldın 100 illiyi qeyd edilir və Patti Ostinin Bakı konserti də bu yubileyə həsr olunur.

AzVision.az




Teqlər: Patti-Ostin   Bakı  





Xəbər lenti