Koreyadan azərbaycanlı məcburi köçkünlərə dəstək
Zəngilan rayonu köçkünləri aşağıdakı xəstəliklər üzrə tibbi yardım almaq imkanı əldə etmişlər: spinal disk, degenerativ disk, stenoz, spondilistez, boyun diski, diz dejenerativ artriti, kürək (çiyin) xəstəlikləri, çənə oynağı xəstəlikləri və s.
Bununla yanaşı, Masazır qəsəbəsində Samsung Engineering tərəfindən təmir olunmuş uşaq oyun avadanlıqlarının açılış mərasimi keçirilib.
Layihə çərçivəsində Masazır qəsəbəsinin 33 nömrəli orta məktəb şagirdlərinin arasında “Koreya şagirdlərin gözü ilə” inşa müsabiqəsi keçirilib və qaliblərə mükafatlar verilib.
Tədbirdə Koreyanın Azərbaycandakı səfiri Kim Çanq-gyu, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Azərbaycan respublikasi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov iştirak ediblər və açılış sözü ilə çıxış ediblər.
Qeyd etmək istəyirik ki, oktyabrın 25-26-sı Xocavənd rayonun Mərkəzi Xəstəxanasında da bu cür tibbi dəstək Xocavənd məcburi köçkünləri üçün təşkil olunacaq.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Koreya Azərbaycan Zəngilan