Bakıda BMX üzrə Dünya Test Yarışı keçiriləcək
Test yarışında Rusiya Federasiyası, Fransa, Türkiyə, Yaponiya, Litva, Çex Respublikası, İtaliya və Almaniyanın kişi və qadın komandaları iştirak edəcək. Qeyd edək ki, velosiped idmanının digər növləri ilə müqayisədə daha gənc olan BMX 2008-ci ildən etibarən Yay Olimpiya Oyunlarının proqramına daxil edilib və ən geniş tamaçaşı kütləsi toplayan idman növlərindən biridir.
Avropa Oyunları ilə əlaqədar 2015-ci ilin əvvəlində Bakıda ən müasir tələblərə cavab verən BMX stadionu istifadəyə edilib. 2016-cı ildə UCI müvafiq qaydaları və stadionların ölçülərini dəyişdiyindən Bakı stadionu yenidən qurulub, trekin uzunluğu, eni, maneələrin sayı və döngələrin hündürlüyü artırılıb. Bu gün UCI-ın yeni standartlarına tam cavab verən yeganə stadion məhz Bakı trekidir.
Test yarışının proqramına əsasən, oktyabrın 28-i saat 10:00-dan 12:00-dək iştirakçılar praktiki yürüşlərdə mübarizə aparacaqlar. Oktyabrın 29-u saat 19:00-da isə final mərhələsi start götürəcək və Dünya Test Yarışının qalibləri müəyyənləşəcək.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: DMX