“Qarabağ” 10 nəfərlə qələbə qazandı

“Qarabağ” 10 nəfərlə qələbə qazandı
  28 Oktyabr 2017    Oxunub:1495
Bu gün Topaz Premyer Liqasında 10-cu tura start verilib.
AzVision.az xəbər verir ki, ilk oyun günündə “Qarabağ” öz meydanında debütant “Səbail”i qəbul edib.

Matçın 43-cü dəqiqəsində Ansi Aqollinin ikinci sarı vərəqə alaraq komandasını azlıqda qoymasına baxmayaraq, "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Komandanın qələbə qolunu 90-cı dəqiqədə Əfran İsmayılov vurub.

Qeyd edək ki, turun digər matçları şənbə və bazar günü keçiriləcək.

AzVision.az


Teqlər: QarabağFK  





Xəbər lenti