ABŞ-ın hip-hop qrupu Bakıda konsert verib - Fotolar

ABŞ-ın hip-hop qrupu Bakıda konsert verib  - Fotolar
  28 Oktyabr 2017    Oxunub:2625
ABŞ-ın “Next Level” hip-hop qrupu oktyabrın 27-də Rəşid Behbudov adına Mahnı Teatrında konsert proqramı ilə çıxış edib.
AzVision.az xəbər verir ki, konsert böyük coşqu ilə qarşılanıb.

“Next Level” qrupu istedadlı gənc ifaçılarımızla birgə hip-hop musiqi janrı ilə Azərbaycan muğamını sintez şəklində də səsləndiriblər. Konsert proqramı ABŞ-ın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə həyata keçirilən “Next Level Azerbaijan” proqramı çərçivəsində təşkil olunub.

Hip-hop qrupu ABŞ Dövlət Departamentinin, bu ölkənin Şimali Karolina Universitetinin və Meridian Beynəlxalq Mərkəzinin birgə təşəbbüsü ilə yaradılıb. Qrupun təsis olunmasının əsas məqsədi hip-hop musiqi janrı və rəqsindən mədəniyyətlərarası mübadilənin genişləndirilməsində istifadə etməkdir.

Proqramın əsas məqsəd ölkələrimiz arasındakı mədəni əlaqələri genişləndirməkdir. “Next Level” oktyabrın 28-də isə Mingəçevir Dövlət Dram Teatrında ödənişsiz konsert proqramı ilə çıxış edəcək.











Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti