Azərbaycanlı idmançı dünya çempionu oldu

Azərbaycanlı idmançı dünya çempionu oldu
  29 Oktyabr 2017    Oxunub:2894
İtaliyanın Karrara şəhərində döyüş növləri üzrə dünya çempionatı keçirilir.
Azərbaycan Uşu-sanda Federasiyasından AzVision.az-a verilən məlumata görə, bu yarışda ölkəmizi 48 kiloqram çəki dərəcəsində yeniyetmələr arasında sanda üzrə ikiqat Azərbaycan çempionu Fətəli İsmayılov təmsil edib. İdmançımız Şotlandiya, İtaliya və Rusiyadan olan rəqiblərinə qalib gələrək dünya çempionatının qızıl medalını qazanıb.

Çempionata oktyabrın 29-da yekun vurulacaq.

AzVision.az


Teqlər: Çempion  





Xəbər lenti