"Madriddən xalla dönmək istəyirik" - Tahir Gözəl

"Madriddən xalla dönmək istəyirik" - Tahir Gözəl
  30 Oktyabr 2017    Oxunub:1291
"Bu qarşılaşma bizim üçün tarixi oyundur. “Atletiko” ilə matçda qeydə alınacaq nəticə “Qarabağ” üçün çox önəmlidir".
AzVision.az-ın məlumatına görə, bunu "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl deyib.

Klubunun vitse-prezidenti qeyd edib ki, səfər oyununda da xal qazanmağa çalışacaqlar:

"Madridə əlimizdən gələni etməyə gedirik. Səfərdən xalla dönmək istəyirik, arzumuz budur. Böyük həyəcan və inamla yola çıxmışıq. Bakıdakı kimi ilk dəqiqələrdən özümüzə inanaraq oynamaq və səfərdən xalla dönmək arzusundayıq. Hədəfimiz budur".

AzVision.az


Teqlər: QarabağFK   UCL   Atletiko  





Xəbər lenti