Qurban Qurbanov: “Atletiko” gücünü Bakıda göstərdi

Qurban Qurbanov: “Atletiko” gücünü Bakıda göstərdi
  31 Oktyabr 2017    Oxunub:2297
"Güclü komandaya qarşı oynayacağıq. Rəqib gücünü Bakıda göstərdi. Çox istəkli oyunçuları var. Ağır matç olacaq. Çalışacağıq ki, sonadək mübarizə aparaq. Rəqib haqda çox söz deməyə ehtiyac yoxdur. Belə bir stadionda "Atletiko"ya qarşı oynamaq bizim üçün böyük təcrübə olacaq".
AzVision.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov İspaniyada "Atletiko" ilə oyunöncəsi mətbuat konfransında deyib.

“Çox ciddi problemlərimiz var. Rəqibin sabah meydana son oyun kimi çıxacağını nəzərə almaq lzımdır. İlk növbədə istəkli, aqressiv və düzgün oynamalı, rəqibin hücumlarının qarşısını almalı və sonra düşündüyümüz hücumları qurmalıyıq. Düşündüyümüzü etsək, nəticə əldə etmiş olacağıq”, - Qurbanov bildirib.

AzVision.az


Teqlər: QarabağFK   Qurban-Qurbanov  





Xəbər lenti