Güləşçilərimiz Dağıstanda 2 qızıl medal qazanıb

Güləşçilərimiz Dağıstanda 2 qızıl medal qazanıb
  31 Oktyabr 2017    Oxunub:1496
Dağıstanın Buynaksk rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə 14-cü beynəlxalq turnir keçirilib.
Azərbaycan Güləş Federasiyasından AzVision.az-a verilən məlumata görə, turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandanın üzvləri 2 qızıl medala sahib olub.

Murtuz Müslümov (74 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) bütün rəqiblərindən üstün olub.

AzVision.az


Teqlər: Güləş  





Xəbər lenti