“Qarabağ”dan tarixi nəticə - Madriddə xal qazandıq (VİDEO)

“Qarabağ”dan tarixi nəticə - Madriddə xal qazandıq (VİDEO)
  01 Noyabr 2017    Oxunub:6225
Oyunun son dəqiqələrində “Atletiko” futbolçularının ardıcıl hücumları qarşısında inamla müdafiə olunan “Qarabağ” komandası UEFA Çempionlar Liqasında ilk səfər xalını aktivinə yazdıra bilib.
Səfərdə 1:1 hesablı bərabərlik qazanan Ağdam təmsilçisi Madriddə tarixi nəticəyə imza atıb.



İspaniyanın "Atletiko-Madrid" klubu ikinci hissədə hesabı bərabərləşdirib.

***

Təmsilçimiz “Qarabağ” klubu Madriddə “Atletiko” komandası ilə qarşılaşır.

Oyunun ilk hissəsi Ağdam klubunun üstünlüyü ilə başa çatıb. Mişelin baş zərbəsi ilə vurduğu qolla "Qarabağ" hesabda önə keçib.

***

Bu gün UEFA Çempionlar Liqasının "C" qrupunda mübarizə aparan Ağdamın "Qarabağ" klubu Madriddəki "Metropolitano" stadionunda "Atletiko" ilə oyuna çıxacaq.

Komandaların qrup mərhələsinin dördüncü turu çərçivəsində keçiriləcək oyun üçün start heyətləri açıqlanıb.

"Qarabağ"ın start heyətində meydana İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Pedro Enrike, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli, Yakub Jezniçak, Donald Gerye və Ramil Şeydayev çıxacaqlar.

"Atletiko"nun ilk onbirliyində isə Yan Oblak, Dieqo Qodin, Filipe Luis, Tomas Parte, Antuan Qrizman, Saul Nigez, Anxel Korrea, Qabi, Stefan Saviç, Xuanfran və Kevin Qameyro yer alıblar.

Qeyd edək ki, oounu Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin olacaq.

AzVision.az


Teqlər: QarabağFK   Atletiko   UCL  





Xəbər lenti