Aprel şəhidi Urfan Vəlizadənin ad günüdür - FOTOLAR+VİDEO

Aprel şəhidi Urfan Vəlizadənin ad günüdür - FOTOLAR+VİDEO
  01 Noyabr 2017    Oxunub:13164
Bu gün aprel döyüşlərində şəhid olan pilot, mayor Urfan Vəlizadənin doğum günüdür.
AzVision.az xəbər verir ki, şəhid pilot 1978-ci il noyabrın 1-də anadan olub. O, 1995-ci ildə orta məktəbi bitirəndən sonra sənədlərini Türkiyədə Hava Hərbi məktəbinə verib. 2000-ci ildə təhsilini başa vurduqdan sonra 6 ay İstanbulda işləyib. Vətənə döndükdən sonra 2005-ci ilə qədər Kürdəmirdə fəaliyyətini davam etdirib.





Urfan daha sonra ixtisasını hərbi helikopter üzrə təkmilləşdirib. Bu sahə üzrə çalışan Mİ-24 helikopterinin pilotu Urfan Vəlizadə 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə Mİ-24 helikopterinin vurulması nəticəsində şəhid olub.



Qeyd edək ki, şəhid pilotumuz 11 aprel 2016-cı ildə Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn olunub.

Şəhid pilotun iki qız övladı yadigar qalıb.





Anar Kəlbiyev
AzVision.az


Teqlər: Urfan-Vəlizadə   Pilot  





Xəbər lenti