“Qəbələ” Cavid Hüseynova görə cərimələndi

“Qəbələ” Cavid Hüseynova görə cərimələndi
  01 Noyabr 2017    Oxunub:1472
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
AzVision.az-ın məlumatına görə, iclasda Premyer Liqanın X turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Oktyabrın 27-də Premyer Liqanın X turunun “Qarabağ” - “Səbail” matçının 43-cü dəqiqəsində “Qarabağ” klubunun 25 №-li futbolçusu Ansi Aqolli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oktyabrın 28-də “Neftçi” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Bundan başqa, “Zirə” – “Qəbələ” matçında “Zirə” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 43-cu dəqiqəsində “Qəbələ” klubunun 14 №-li futbolçusu Cavid Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.

AzVision.az


Teqlər: AFFA  





Xəbər lenti