“Qurbana deyirdim ki, milliyə getmə” – Millət vəkili
Milli Məclisin deputatı, “Qarabağ” klubunun azarkeşi Aqil Abbas Qurban Qurbanovun Azərbaycan millisinə baş məşqçi təyin edilməsinə münasibət bildirib. Deputat AzVision.az-a deyib ki, Qurban Qurbanovun “Qarabağ”ı tərk etmədən millinin baş məşqçisi olması sevindirici haldır.
Deputat hesab edir ki, Berti Foqts, Robert Prosineçki Azərbaycan millisini dağıtmaqla məşğul olub: “Qurbana inanıram. Əminəm ki, millidə nəsə edəcək”
Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin iclasında Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. 45 yaşlı mütəxəssis "Qarabağ"ın baş məşqçisi postunda da işini davam etdirəcək. Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.
Aytən Zəhra
AzVision.az
Teqlər: Aqil-Abbas Qurban-Qurbanov