Azərbaycan millisi Ermənistanı məğlub etdi

Azərbaycan millisi Ermənistanı məğlub etdi
  04 Noyabr 2017    Oxunub:8558
Yunanıstanda şahmat üzrə Avropa komanda çempionatının 6-cı turuna start verilib.

AzVision.az xəbər verir ki, bu turda kişilərdən ibarət şahmat millimiz Ermənistan yığması ilə qarşılaşıb.
Yarışda Levon Aronyan-Şəhriyar Məmmədyarov, Sergey Movsesyan-Teymur Rəcəbov, Qabriel Sarkisyan-Arkadi Naydiç və Qrant Melkumyan-Rauf Məmmədov cütlükləri qarşılaşıb.

Levon Aronyan-Şəhriyar Məmmədyarov oyununda şahmatçımız qələbəni əldən verib. Arkadi Naydiç isə Qabriel Sarkisyanla heç-heçə edib.

Sergey Movsesyan-Teymur Rəcəbov, Qrant Melkumyan-Rauf Məmmədov görüşündə təmsilçilərimiz qələbə qazanıblar. Bununla Azərbaycanın şahmat millisi Ermənistan yığmasını məğlub edib.

AzVision.az


Teqlər: Şahmat   Azərbaycan   Ermənistan  





Xəbər lenti