“Formula-1”in biletləri satışa çıxarıldı
İlkin endirim kampaniyası yalnız tribunaya olan və aprelin 26-29 tarixlərini əhatə edən 4 günlük biletlər üçün keçərlidir. İlkin endirim kampaniyası müddətində yerli sakinlər üçün tribunalara 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq 160-600 AZN arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 120-420 AZN təşkil edir.
Bu kampaniya ərəfəsində ayaqüstü zonalara birgünlük bilet almaq da mümkün olacaq. Bu zonalara birgünlük biletlərin qiyməti cümə günü üçün 60 AZN, şənbə günü - 100 AZN, bazar günü üçün 150 AZN-dir.
1 yanvar 2018-ci il tarixdən etibarən biletlərin satışı yalnız xarici vətəndaşlar üçün tam qiymətlərlə aparılacaq, yerli sakinlər üçün isə nəzərdə tutulmuş 25%-lik endirim qüvvədə qalacaq. Həmçinin 2018-ci ilin ilk günündən etibarən yeni bilet seçimləri satışda olacaq.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Formula-1