Azərbaycanın şahmat millisi Avropa Çempionu oldu - Yenilənib
Ukrayna komandası ilə heç-heçə oynayan şahmatçılarımız turniri 14 xalla başa vurublar. Sonuncu turda Almaniya yığmasını məğlub edən Rusiya komandası da xallarını 14-ə çatdırıb.
Əlavə əmsalların cəminə görə yekunda Azərbaycan yığması turnir cədvəlində ilk yeri tutaraq çempion adını qazanıb. Rusiya və Ukrayna komandaları ikinci və üçüncü yerləri bölüşürlər.
***
Yunanıstanda təşkil olunan Avropa komanda çempionatının sonuncu-9-cu turu keçirilib.
Azərbaycanın kişi şahmatçılarından ibarət yığması Ukrayna komandası ilə qarşılaşıb. Azərbaycan-Ukrayna matçında Şəhriyar Məmmədyarov-Pavel Elyanov, Teymur Rəcəbov-Yuri Krivoruçko, Arkadi Naydiç-Ruslan Panomaryov və Rauf Məmmədov-Martın Kravtsiv görüşləri keçirilib.
Bütün cütlüklər heç-heçə oynayıb. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
9 turdan sonra Azərbaycan komandası çempionata liderlik edir (15 xal), 2-ci və 3-cü yerləri isə Rusiya ilə Ukrayna bölüşürlər. Çempionatın qalibi hal-hazırda keçirillən Rusiya-Almaniya qarşılaşmasından sonra bəlli olacaq.
AzVision.az
Teqlər: Şahmat