Şahmat Federasiyasının vitse-prezidenti: “Qarşımıza məqsəd qoymuşduq”
“Cənab prezidentə şahmatın inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür edirik. Bizə etimad olduğu üçün 3-cü dəfə çempion olduq. Yarışa gələndə qarşımıza məqsəd qoymuşduq ki, medallardan birini udmalıyıq. Məqsədimiz üçlüyə düşmək və çempionluq uğrunda mübarizə aparmaq idi. Yarışda güclü komandalar var idi və qalibiyyət çətin oldu. Şahmatçılarımız məsuliyyəti dərk etdilər və ilk məğlubiyyətdən sonra uduzmadıq. Son turda heç-heçə edərək qələbə qazandıq”.
Qeyd edək ki, Yunanıstanın Krit adasında keçirilən Avropa komanda çempionatında Azərbaycanın kişi şahmatçılarından ibarət yığması qalib olub.
Aytən Zəhra
AzVision.az
Teqlər: Şahmat Faiq-Həsənov