“Sübut etdik ki, Avropanın ən ağıllı xalqıyıq” - Şəhriyar Məmmədyarov

“Sübut etdik ki, Avropanın ən ağıllı xalqıyıq” - Şəhriyar Məmmədyarov
  07 Noyabr 2017    Oxunub:8377
“Avropa çempionu olmaq olimpiya çempionu olmaqdan daha çətindir”

AzVision.az xəbər verir ki, bunu Yunanıstanda üçüncü dəfə Avropa Çempionu olan Azərbaycanın kişilərdən ibarət şahmat millisinin üzvü Şəhriyar Məmmədyarov Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmaya Məmmədovaya videomüsahibəsində deyib.
“Biz bu qələbə ilə sübut etdik ki, Avropanın ən ağıllı xalqıyıq. Çox şadam ki, üçüncü dəfə Avropa çempionu olduq. Bu, inanılmaz uğur deməkdir. Ruslar 20-30 il ərzində bu nəticəni əldə edə bilməyiblər. Deyirdilər ki, artıq nəticələr bəllidir, Azərbaycanın heç bir şansı yoxdur. Lakin ard-arda 5 qələbədən sonra birinci yer uğrunda mübarizəyə qoşulduq və birinci olduq. Çox sevinirəm”- Ş.Məmmədyarov deyib.

Qeyd edək ki, Yunanıstanın Krit adasında keçirilən Avropa komanda çempionatında Azərbaycanın kişi şahmatçılarından ibarət yığması qalib olub. Bununla Azərbaycan millisi üçüncü dəfə Avropa Çempionu olub.

Aytən Zəhra
AzVision.az


Teqlər: Şahmat   Şəhriyar-Məmmədyarov  





Xəbər lenti