“Qarabağ” – “Çelsi” oyununa 45 min bilet satılıb

  09 Noyabr 2017    Oxunub : 705
“Qarabağ” – “Çelsi” oyununa 45 min bilet satılıb

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Bakıda İngiltərənin “Çelsi” komandasına qarşı keçirəcəyi oyun üçün nəzərdə tutulan 67200 biletin 50 faizindən çoxu satılıb.

Ağdam təmsilçisinin rəsmi “Facebook” səhifəsində yer alan məlumata görə, artıq 45 min bilet azarkeşlər tərəfindən alınıb.

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək.

AzVision.az


Teqlər: QarabağFK   UCL   Çelsi