DÇ-2018: Xorvatiya və İsveçrə mundialın bir addımlığında - Video

DÇ-2018: Xorvatiya və İsveçrə mundialın bir addımlığında - Video
  10 Noyabr 2017    Oxunub:2210
DÇ-2018-in pley-off mərhələsinin ilk oyunlarına start verilib.
AzVision.az-ın məlumatına görə, Avropa zonasında matçlar 3 günü əhatə edəcək.
Seçmə mərhələdə qrup ikincisi olan 8 komanda - İsveç, İsveçrə, Şimali İrlandiya, İrlandiya, Danimarka, İtaliya, Yunanıstan və Xorvatiya mundiala vəsiqə uğrunda mübarizə aparır.

İlk görüşündə Şimali İrlandiya yığması İsveçrəni sınağa çəkib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.



Xorvatiya millisi isə öz meydanında Yunanıstanı 4:1 hesabı ilə məğlub etməklə mundiala vəsiqə qazanmaq şansını xeyli artırıb.



Qeyd edək ki, Avropa zonasında ikinci oyun günündə yalnız 1 matç keçiriləcək. Belə ki, İsveç millisi öz meydanında İtaliyanı sınağa çəkəcək.

Kənan Məmmədov
AzVision.az



Teqlər: DÇ-2018  





Xəbər lenti