Tramp-Putin görüşü təxirə düşdü - (VİDEO)

Tramp-Putin görüşü təxirə düşdü - (VİDEO)
  10 Noyabr 2017    Oxunub:4114
Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Təşkilatı (APEC) liderlərinin Vyetnamda keçirilən sammitində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında formal görüş olmayacaq.
AzVision.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Sara Sanders məlumat verib. Görüşün baş tutmamasına səbəb kimi Trampın qrafikinin sıxlığı ilə izah olunub.



Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, görüşün razılaşdırılması istiqamətində iş gedir və hələlik aydınlıq yoxdur.

Qeyd edək ki, bu gün Vyetnamın Dananq şəhərində Asiya-Sakit okeanı İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti başlayır. Rusiya Prezidenti Vladimir Putin artıq Vyetnamdadır. Donald Tram isə hələlik Çindədir və Pekindən Vyetnama gedəcək. Məhz iki ölkə liderinin Vyetnamda keçiriləcək sammiti çərçivəsində görüşü gözlənilirdi.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Tramp   Putin  





Xəbər lenti