Türkiyədə 10 gündə 283 İŞİD-çi tutulub - (VİDEO)

Türkiyədə 10 gündə 283 İŞİD-çi tutulub - (VİDEO)
  10 Noyabr 2017    Oxunub:2570
Türkiyənin İstanbul şəhərində təhlükəsizlik qüvvələri tərəfindən İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirilib. AzVision.az “NTV” telekanalına istinadən xəbər verir ki, şəhərin yeddi rayonunda keçirilən antiterror əməliyyatda 82 şübhəli şəxs saxlanılıb.
Saxlanılan şəxslər Suriyada döyüş əməliyyatlarında iştirak etməkdə şübhəli bilinirlər. Ötən gün isə Ankarada keçirilən əməliyyat zamanı İŞİD-in 111 üzvü saxlanılıb.



Qeyd edək ki, noyabr ayının əvvəlindən Türkiyədə terrorla mübarizə və kəşfiyyat idarəsinin əməkdaşları tərəfindən müxtəlif səmtlərdə həyata keçirilən əməliyyatlarda ümumilikdə 283 nəfər saxlanılıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Türkiyə   İŞİD  





Xəbər lenti