Futzal yığmamız beynəlxalq turnirdə iştirak edəcək

Futzal yığmamız beynəlxalq turnirdə iştirak edəcək
  10 Noyabr 2017    Oxunub:1439
Futzal üzrə Azərbaycan milli komandası İranın İsfahan şəhərində təşkil olunacaq “4 Top Nations” ənənəvi beynəlxaq turnirdə iştirak edəcək.
AzVision.az AFFA-nın saytına istinadən xəbər verir ki, İran, Qazaxıstan və Rusiyanın da iştirak edəcəyi turnir dekabrın 2-dən 7-dək davam edəcək.

Azərbaycan yığması dekabrın 3-də İran, dekabrın 4-də Rusiya, dekabrın 6-da isə Qazaxıstanla qarşılaşacaq.

AzVision.az


Teqlər: Futzal  





Xəbər lenti