Cüdoçularımız Avropa birinciliyində 2 medal qazanıb

Cüdoçularımız Avropa birinciliyində 2 medal qazanıb
  11 Noyabr 2017    Oxunub:1549
Montoneqronun paytaxtı Podqoritsa şəhərində cüdo üzrə U-23 Avropa birinciliyinə start verilib.
AzVision.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandasının üzvləri 2 medal qazanıblar.

Gənc cüdoçularımızdan 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Kəramət Hüseynov və 52 kq çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova Avropa birinciliyinin bürünc medallarına sahib olublar.

Qeyd edək ki, 40 ölkədən 301 idmançının (168 kişi, 133 qadın) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 14 cüdoçu (8 kişi, 6 qadın) ilə təmsil olunur.

AzVision.az


Teqlər: Cüdo  





Xəbər lenti