“Azarkeşlər “Qarabağ”ı daha çox sevməyə başlayıblar” - Qurban Qurbanov (VİDEO)

“Azarkeşlər “Qarabağ”ı daha çox sevməyə başlayıblar” - Qurban Qurbanov (VİDEO)
  11 Noyabr 2017    Oxunub:2555
“Hazırda qrupda iki element var. Minimum Avroliqada iştirak etmək və ya Çempionlar Liqasında mübarizəni davam etdirmək”.

AzVision.az xəbər verir ki, bunu “Lider” telekanalına müsahibəsində “Qarabağ” klubunun və Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi bildirib ki, bu gün Avroliqaya düşmək imkanımız və şansımız var: ““Atletiko” klubu mübarizəni Çempionlar Liqasında davam etdirməyi düşünür. Ona görə də ən ağır bizim üçün olacaq. Qrupda olan komandaların hansı gücdə olduğunu bilirsiniz. Biz çalışırıq ki, düzgün hazırlaşaq və rəqiblərə düzgün yanaşaq”.

Q.Qurbnov “Çelsi” ilə oyunda azarkeşlərlə bağlı problemlərin yaşanmayacağını qeyd edib:

“Azarkeşlər “Qarabağ”ı daha çox sevməyə başlayıblar. Oyundan-oyuna azarkeşlərimizin sayının artdığını hiss edirik. Hər oyundan sonra bizə olan müraciətlərdə bunu görürük. Biz azarkeşlərimizə inanırıq və bilirik ki, bizimlə olacaqlar”.



AzVision.az


Teqlər: QarabağFK   Qurban-Qurbanov  





Xəbər lenti