Tramp Putinlə ayaqüstü söhbət etdi - (VİDEO)
Qeyd edək ki, bu gün ABŞ və Rusiya prezidentləri Suriya ilə bağlı birgə bəyanat qəbul edib. Bəyanatda Suriyada mövcud olan İŞİD terror qruplaşmasına qarşı birgə mübarizənin vacibliyi vurğulanıb. Liderlər İŞİD terror təşkilatı ilə birgə mübarizənin davam etdirilməsi və təhlükəli halların qarşısının alınması üçün birgə əməkdaşlıq kanallarının qurulmasına dair razılığa gəliblər.
Qeyd olunub ki, Suriyanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi əsas prinsipdir və tərəflər BMT-nin himayəsi altında Cenevrədə təşkil edilən sülh danışıqlarına dəvət edilib. Bəyanatı ABŞ və Rusiya ekspertləri hazırlayıb. Yekun variant isə ABŞ-ın dövlət katibi Reks Tillersonla Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşündə razılaşdırılıb.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: ABŞ Rusiya Tramp Putin