“Qarabağ” – “Çelsi” oyununa 50 mindən çox bilet satılıb

  11 Noyabr 2017    Oxunub : 767
“Qarabağ” – “Çelsi” oyununa 50 mindən çox bilet satılıb

Çempionlar Liqasının V turunda baş tutacaq “Qarabağ” – “Çelsi” matçının bilet satışları davam edir.

Qarabağ” klubundan AzVision.az-a verilən məlumata görə, biletlərin çoxu satılıb.

Belə ki, artıq 50 mindən çox biletin öz sahibini tapdığı bildirilib. Matç saatına qədər bütün biletlərin satılması gözlənilir.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” görüşü noyabrın 22-də 68 min 700 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək.

Satış məntəqələri:

“Gənclik mall” və “28 mall”
“Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökumət evinin arxası)

AzVision.az

Teqlər: QarabağFK   Çelsi   UCL