Teatra ayrılan vəsait 300 faiz azalıb

Teatra ayrılan vəsait 300 faiz azalıb
  13 Noyabr 2017    Oxunub:3892
“Büdcədə mədəniyyət sahəsinə baxış kəskin dəyişməlidir. Mədəniyyət sahəsinə diqqət və qayğı ildən-ilə artır. Mədəniyyətin inkişafına diqqət xüsusi yer tutur”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı çıxış edən Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

Komitə sədri bildirib ki, kino Azərbaycan üçün önəmli sahədir: “Təəssüflər olsun ki, bu sahənin gələcəyinə ümidlə baxa bilmirik. Müəyyən güzəştlər edilməlidir. Bu sahəyə güzəştlər olarsa, inkişaf görmək olar. Kino və mədəniyyət sahəsində bir boşluq yarananda, onu on illərlə bərpa etmək çətin olar”.

Deputat qeyd edib ki, teatra ayrılan vəsaitdə əvvəlki illərlə müqayisədə 300 faiz azalma var.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Rafael-Hüseynov   Milli-Məclis   Büdcə  





Xəbər lenti