Messidən yeni rekord - VİDEO

Messidən yeni rekord - VİDEO
  20 Sentyabr 2013    Oxunub:1283
Leo Çempionlar Liqasında növbəti rekordunu rəsmiləşdirib. Bu dəfə hücumçu het-riklərin sayına görə fərqlənməyi bacarıb.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən gün Çempionlar Liqasında "Ayaks"la görüşdə (4:0) 62-ci qolunu vuran argentinalı futbolçu turnirdə 4-cü het-trikini rəsmiləşdirib.

Beləliklə, Messi liqada ən çox het-trik edən futbolçu kimi tarixə düşüb. "Fiorentina"nın hücumçusu Mario Qomez və "Milan"ın sabiq forvardı Filipo İnzagi isə 3 het-triklə ikinci-üçüncü pilləni bölüşürlər.

Qeyd edək ki, Messi bütün karyerası ərzində Çempionlar liqasında 62 qol vurub. Bu turnirdə qolların sayına görə rekord
«Real Madrid»in keçmiş hücumçusu Raula məxsusdur. O 71 dəfə rəqib qapılarına yol tapıb.




Teqlər:  





Xəbər lenti