İran-İraq sərhədində növbəti zəlzələ - (VİDEO)

İran-İraq sərhədində növbəti zəlzələ - (VİDEO)
  14 Noyabr 2017    Oxunub:2974
İran- İraq sərhədində 4,5 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilib. Yeraltı təkanların episentri İranın Sərpol Zəhab şəhərindən 11 km şimalda, ocağı 40 km dərinlikdə yerləşib.



Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, noyabrın 12-də İran-İraq sərhədində baş verən 7,2 bal gücündə zəlzələ nəticəsində 450-ə yaxın adam ölüb, 2 minə yaxın insan xəsarət alıb.

AzVision.az


Teqlər: İraq   İran   Zəlzələ  





Xəbər lenti