“Mədəniyyət.AZ” jurnalının payız nömrəsi

“Mədəniyyət.AZ” jurnalının payız nömrəsi
  14 Noyabr 2017    Oxunub:2115
“Mədəniyyət.AZ” jurnalı yenə də maraqlı məqalələrlə oxucuların görüşünə gəlib.
Dərginin növbəti sayında da həmişəki kimi, mədəniyyətin, incəsənətin, ədəbiyyatın, turizmin müxtəlif sahələrini əhatə edən dolğun yazılar yer alıb.

Turizm qeyri-neft sektoru olaraq ölkəmizdə daha da vüsət alır. Elə ilk səhifələrdə özünü dogruldan Bakı Soppinq festifalı, onun xarici mətbuatdakı əks–sədası və möhtərəm Prezidentimizin bununla bağlı imzaladığı cox əhəmiyyətli sərəncam diqqət çəkir .

Bu payız cəmiyyətimiz ənənəvi kitab günlərini yaşadı, paytaxtımız özünün və dünyanın tanınmış nəşriyyatlarının məhsullarını kitabsevərlərə təqdim elədi. V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında xalqımızın kitaba sərgilədiyi ehtirama geniş yer ayrılıb.

Jurnalın hər zamankı prioritet mövzuları işgaldakı torpaqlarımızı unutdurmamaq, dönə-dönə xatırlamaq, xatırlatmaqdır... Uğrunda şəhid olan igid oğullarımız yazılarda əbədi yaşadılır, xatirələri əziz tutulur.
Ədəbiyyat səhifələri bu dəfə də mənəvi xəzinəmizə, ədəbi irsimizə üz tutub Natəvan, Cavid, Şaiq zirvələrindən dünyaya boylanır, “Nobel mükafatı” ucalığına nəzər salır.

Musiqi rubrikası ənənəvi Üzeyir Musiqi Festivalından söz salaraq...oxucuları musiqimizn Üzeyir sehrinə daldırır...
Gələn il milli kinomuzun 120 illik yubileyidir. Yubiley ərəfəsində hələlik kiçik hesabatla kifayətlənərək daha geniş araşdırmaların anonsu verilir. Rəngkarlıqdan söhbət açılıb Kamal Əhməd istedadı incələnir. Aşıq musiqimizin Ustad Ədalət, Dədə Şəmşir möcüzəsindən yazılır.

Vətənimizin gözəlliklərinin seyrinə gələnlər də unudulmayıb, ölkəmizin turizm potensialına nəzər salınıb - ürəkaçandır...
Milli elmimizin gənc sütunları yenə də axtarışda, fəaliyyətdədirlər. Həmin tədqiqatların nəticəsi jurnalın daimi “Elm” bölümündə öz əksini tapır.

AzVision.az


Teqlər:





Xəbər lenti