Qurban Qurbanovdan milliyə ilk təyinat

  15 Noyabr 2017    Oxunub : 454
Qurban Qurbanovdan milliyə ilk təyinat

Milli komandanın yeni baş məşqçisi Qurban Qurbanovun gəlişindən sonra əsas komandada ilk təyinat gerçəkləşib.

Futbol tariximizdə ilk dəfə olaraq millidə mətbuat katibi vəzifəsi yaradılıb.

AFFA-nın məlumatına görə, bu vəzifəyə Elman Himayətoğlu təyin edilib. Hazırda “Zirə”nin mətbuat katibi olan E.Himayətoğlu 1 yanvar 2018-ci il tarixindən yeni vəzifəsinin icrasına başlayacaq.

AzVision.az

Teqlər: AFFA