Zəlzələ rayonları bu hala saldı - (VİDEO)

  16 Noyabr 2017    Oxunub : 15246
Zəlzələ rayonları bu hala saldı - (VİDEO)

Ötən gün Azərbaycanın bölgələrində baş verən zəlzələ ondan çox yaşayış evinə ziyan vurub. Ağdamda 6 bal gücündə qeydə alınan zəlzələ nəticəsində bəzi evlər qəzalı vəziyyətə düşüb.

Məlumata görə, zəlzələnin təsiri daha çox BərdəTərtər rayonlarında müşahidə edilir.

Ağdam rayon İcra Hakimiyyətindən bildirilib ki, zəlzələ nəticəsində 127 evə və 1 məktəb binasına ziyan dəyib.

Bundan başqa, rayonun Üçoğlan kəndi ərazisində bir ev tamamilə dağılıb. Quzanlı qəsəbəsində isə elektrik trasformatorunda partlayış olub. Nəticədə qəsəbəyə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Tərtər rayon İcra Hakimiyyətindən verilən məlumata görə, zəlzələ rayonun İsmayılbəyli və Evoğlu kəndlərinə daha çox ziyan vurub. Rayon ərazisində 9 evə ziyan dəyib, 3 ev isə dağılıb. Bundan başqa, bir tövlə tamamilə dağılıb və zəlzələ zamanı tövlədə heyvanları yemləyən kənd sakini dağıntılar altında qalaraq xəsarət alıb.

Bərdə rayon İcra Hakimiyyətindən isə bildirilib ki, zəlzələ 100-yə yaxın evə ziyan vurub. Məcburi köçkünlərin məskunlaşdığı “Meşəçilik” massivində yaşayış evlərinə dəyən ziyanın aradan qaldırılması üçün iş aparılır. Həmin massivin ərazisində Laçından olan məcburi köçkünə məxsus bir ev tamamilə dağılıb.

Qeyd edək ki, baş verən təbii fəlakət nəticəsində rayonlara dəyən ziyanın hesablanması üçün araşdırmalar aparılır.



Şamxal Cəliloğlu
AzVision.az

Teqlər: Zəlzələ   Bərdə   Tərtər