Goranboyda dələduz “polis” həbs edildi - (VİDEO)

Goranboyda dələduz “polis” həbs edildi - (VİDEO)
  16 Noyabr 2017    Oxunub:3756
Goranboyun Muzdurlar kənd sakini Sonaxanım İbrahimova Rayon Polis Şöbəsinə müraciət edərək, bir nəfər şəxsin onu aldadaraq dələduzluq yolu ilə 5000 manat pulunu ələ keçirdiyi barədə məlumat verib.
AzVision.az-ın məlumatına görə, zərərçəkən ərizəsində bildirib ki, dələduz özünü Rusiya hüquq-mühafizə orqanlarının polis polkovnik-leytinantı kimi təqdim edib və qadına oğlu Raminin həmin ölkədə cinayət törətdiyini, polis tərəfindən axtarıldığını deyib. Bu işə xitam verilməsi üçün Sonaxanım İbrahimovadan pul tələb edib və istədiyi məbləği ondan alıb.

Hadisədən sonra aldadıldığını bilən qadın polisə müraciət edib. Hüquq mühafizə orqanı əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tərbirləri nəticəsində Rusiya Federasiyası vətəndaşı olan, lakin Samuxun Ağasıbəyli kəndində yaşayan 53 yaşlı Ələddin Novruzov saxlanılıb.

O, polisə ifadəsində Sonaxanım İbrahimovanı qonşusuna görə tanıdığını, qadının iddialarının doğru olmadığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir. Hüquq-mühafizə orqanı əməkdaşları Ələddin Novruzovun əməlindən zərər çəkən vətəndaşların sayının artacağını istisna etmirlər. Onunla bağlı şikayəti olan şəxslər varsa, Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə, eləcə də müvafiq polis şöbə və bölmələrinə müraciət edə bilərlər.



Şamxal Cəliloğlu
AzVision.az


Teqlər: Goranboy   DİN  





Xəbər lenti